19 C
Baku
8 Sentyabr 2024, 3:43
Dünya

“Artıq Qəzzada heç bir yer təhlükəsiz deyil”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) 9 aydır İsrailin hücumları altında olan Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığını açıqlayıb. Dünya 9 aya yaxındır ki, Qəzza zolağında müharibənin şahidi olur.

 İsrail ordusu blokadada olan ərazini aylardır bombalayır.

Mülki insanları hədəf alan İsrail, atəşkəs çağırışlarına məhəl qoymadan əksəriyyəti qadın və uşaqlar olan əhaliyə qarşı sistemli hücumlarını davam etdirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada son vəziyyətlə bağlı açıqlama verib.

UNRWA-nın X hesabında edilən yazılı açıqlamada, “Ağır hücumların davam etdiyi Qəzza zolağında hər yerdə dağıntı və ümidsizlik hökm sürür” ifadəsi işlədilib.

 “Qəzzada heç bir yer təhlükəsiz deyil”

Açıqlamada, “Ailələrin məcburi köçkünləşməsi davam edir. Bəziləri məktəblərə və zədələnmiş binalara sığınır, bəziləri isə müvəqqəti çadırlarda yaşayır. Qəzzada heç bir yer təhlükəsiz deyil” deyilib.

 “Xalq tükənib” ifadəsinin yer aldığı bəyanatda dərhal atəşkəs elan edilib.

Açıqlamada UNRWA-nın baş komissarı Filip Lazzarini, “9 aydır ki, amansız, sonsuz qətllər, dağıntılar və ümidsizlik gözümüzün önündə davam edir. Qəzzada uşaqlara yer yoxdur” deyə bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 38 min 345 fələstinli həyatını itirib, 88 min 295 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Kəmalə Sultan

Oxşar xəbərlər

Bərbər dükanını yandıran şəxs özünü yandırıb

Aynur Camal

Əsgərlər fələstinli yeniyetməni öldürdü

Bugün TV

ABŞ Prezidenti konqresi silah zorakılığına qarşı tədbir görməyə çağırdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu