Fransada inanılmaz hadisə baş verib. 62 yaşlı kişi arvadını yanacaqdoldurma məntəqəsində unudub və bunu 300 kilometr sonra anlayıb.
Fransaya yay tətili üçün həyat yoldaşı və qızı ilə yola çıxan 62 yaşlı kişi inanılmaz unutqanlıq nümayiş etdirib. Gecə yanacaq doldurmaq üçün magistral yolda yerləşən Pamproux istirahət dayanacağında dayanıblar. Orada bir müddət dayandıqdan sonra 22 yaşlı qız maşında yatarkən yollarına davam ediblər.
Ata uzun müddət qızı ilə yoluna davam edib və 300 kilometrdən sonra həyat yoldaşının yanında olmadığını anlayıb. Jandarmaya xəbər verən şəxs bu zaman geri qayıdıb.
300 kilometrlik yolda əri tərəfindən unudulan qadın istirahət müəssisəsində gözləməli olub. Jandarma qadına yaxınlaşaraq səhhətinin yaxşı olduğunu bildirib.
“France Blue”nun verdiyi məlumata görə, səlahiyyətlilər hadisənin qəsdən baş vermədiyini şərh etsələr də, hadisə ilə bağlı araşdırmaya başladıqlarını açıqlayıblar. Jandarm hadisədən sonra uzun yola çıxanlara xəbərdarlıq edib.
Arvadını yanacaqdoldurma məntəqəsində unudan kişi sosial şəbəkədə geniş müzakirə olunub.
Mənbə: TgrtHaber