20 C
Baku
13 İyun 2025, 23:41
Baş xəbər

Arzu Bağırova iki şəhid anasını ziyarət etdi

“Ölkəmizin Masallı rayonunun Viləş kəndində Ziba xalanın qonağı olduq. Bu müqəddəs gündə şəhid ailəsinin evində olmaq, onların kədəri ilə yanaşı qürurlarına da şahidlik etmək bizim üçün böyük şərəf idi.

Ziba xala iki igid Vətən oğlunun – Azərbaycan Silahlı Qüvvələrinin giziri, Nurlan Əsgərli və Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin anasıdır. Bu iki qəhrəman şəhidimizin əziz xatirəsini yaşatmaq üçün ailəsi böyük və qiymətli bir təşəbbüslə çıxış edib: evlərinin həyətində möhtəşəm bir muzey inşa etdiriblər. Hər bir detalı ilə ürəklərə toxunan bu muzey həm tərbiyəvi, həm də tarixi baxımdan önəmli bir örnəkdir”.

Bugun.tv xəbər verir ki, bu barədə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova etdiyi ziyarətlə bağlı məlumat verərək deyib.

O həmçinin qeyd edib ki, bu kimi təşəbbüslər bizim milli yaddaşımızın qorunması, gələcək nəsillərin şəhidlərimizin qəhrəmanlığından dərs alması üçün çox önəmlidir.

Ziba xalaya və ailəsinə bu nəcib işlərinə görə dərin təşəkkürümüzü bildiririk. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq şəhid ailələrimizin daim yanındayıq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Aynur Camal

Oxşar xəbərlər

Ev çökdü: 1 ölü, 3 uşaq axtarılır

Aynur Camal

“Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln.avro itirir”

Aynur Camal

Ay işığı şirin su tısbağalarına necə kömək edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu