19 C
Baku
8 Sentyabr 2024, 3:34
Sosial

Arzu Nağıyev: “Regionu tədqiq edə bilən, yüksək analitik qabliyyətli kadrlara ehtiyacımız var”

19 dekabr 2022-ci il tarixində AMEA –da “Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusunda Gənc Alimlərin Respublika forumu baş tutub.

STEAM analitik Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbir, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsinin regionun geosiyasi mənzərəsində təzahürünə həsr olunub.

Bugün.tv xəbər verir ki, forumun açılışında millət vəkilləri Musa Qasımlı, Rasim Musabəyov, Arzu Nağıyev, Naqif Həmzəyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, politoloqlar və ekspertlər iştirak edib.

Gələcəyin gənc alimlərinin qarşısında çıxış edən millət vəkili Arzu Nağıyev bildirib ki:

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda geosiyasi mənzərə kökündən dəyişdi. Azərbaycan öz qələbəsi ilə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaratdı. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi tarix olduqdan sonra bizim üçün prioritet məsələ gələcəyə yönəllik sağlam addımlar atmaqdır. Və bu istiqamətdə, regionu dərindən tədqiq edən bilən, yüksək analitik qabliyyəti olan savadlı kadrlara ehtiyacımız var. Bu gün erməni, gürcü dillərinin səlis bilən gənc analitiklərimizin bu məsələyə cəlb olunması dövlət olaraq gələcəyə etdiyimiz yatırımdır”.

Regiondakı vəziyyətlə bağlı danışan deputat əlavə edib ki: “Xarici qüvvələr türk dünyası arasında quru sərhədlərin olmasına ciddi cəhdlə qarşı olmuşdular. Müəyyən müddətə buna nail olsalar da, Qarabağın işğaldan azad olunması ilə Zəngəzur dəhlizi vasitəsilə bu əlaqələr bərpa olundu. Hazırda regionda strateji əhəmiyyətli tərəfdaşlarımız Türkiyə və Gürcüstandır”.

Azərbaycan-Gürcüstan işçi qrupunun rəhbəri olan Arzu Nağıyev ikitərəfli münasibətlərimizin gücləndirilməsinin regionun stabilliyi baxımından vacib olduğunu vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

“AİLƏ MEDİCAL” klinikası istifadəyə verildi – FOTO

Aynur Camal

6 335 şəxs sosial və peşə-əmək xidməti ilə təmin olundu

Aynur Camal

AzMİU-da Karyera sərgisi keçirilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu