9.1 C
Baku
26 Fevral 2026, 14:59
Baş xəbərHadisə

Aşan avtomobil tərs çevrilsə də, sürücünün burnu belə qanamadı

Bugun.tv xəbər verir ki, Nevşehirdə sürücüsünün idarəetməsini itirən avtomobil aşıb. Sərxoş olduğu müəyyənləşən sürücü burnundan belə qanaxmadan maşından düşüb. İddialara görə, Mehmet T.-nin idarə etdiyi avtomobil boş ərazidən əsas yola çıxarkən sürücünün sükan idarəetməsini itirməsi nəticəsində xəndəyə aşıb dayana bilib.

TRT Haber-in məlumatına görə, qəzadan sonra avtomobilin sürücüsü Mehmet T. 112-yə zəng edərək kömək istəyib. Qəza yerinə polis və sağlamlıq qrupları sövq edilib. Qəza nəticəsində yuvarlanan avtomobildən burnundan belə qan axmadan düşən sürücü yalnız avtomobili sığortalı olduğu üçün polisdən arayış istəyib. Nəqliyyat vasitəsinə tökülən spirt və ətrafa atılan spirt şüşələri polisin diqqətindən yayınmayıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycanın dinməyən ağrısı: Xocalı qətliamının 34-cü ili

Aynur Camal

İnsanlıq tarixinin qara ləkəsi! Xocalı Soyqırımının 34-cü ildönümü

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Xocalını unutmaq olmaz, yaddaş intiqam üçün deyil, gələcək üçündür!”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu