15 C
Baku
27 Oktyabr 2025, 7:23
Baş xəbərSosial

“ASAN Məktub” Ramazan bayramında uşaqların sevincinə səbəb oldu

Sözügedən qurumdan Bugun.tv-yə daxil olan məlumata görə, “ASAN Məktub” sosial layihəsi çərçivəsində “ASAN Məktub”la Ramazan sevinci” aksiyası baş tutub.

Qeyd edilib ki, asanmektub.az saytına “Ümid yeri” uşaq sığınacağının sakinləri tərəfindən yazılmış 43 məktub “ASAN xidmət” əməkdaşları tərəfindən öhdəliyə götürülüb və hədiyyələr Ramazan bayramı ərəfəsində balaca sahiblərinə çatdırılıb.

Aksiya çərçivəsində uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Hədiyyələrin təqdim olunması mərasimində şən klounların, sehrbazların çıxışları da uşaqların marağına səbəb olub, sevincinə sevinc qatıb.

“ASAN Məktub” layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, onların gülüşünə səbəb olmaqdır. Belə ki, “ASAN məktub” layihəsi vasitəsilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində asanmektub.az saytı vasitəsilə bu günə qədər 8447 uşağın arzusu reallaşdırılıb, vətəndaşlar tərəfindən alınan hədiyyələr uşaqlara çatdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

G7 sammiti ilə “nüvə silahı olmayan dünya” mesajı veriləcək

Aynur Camal

İsveçrə 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdı

Bugün TV

Ramazan ayına 3 gün qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu