28 C
Baku
9 İyun 2025, 18:15
Baş xəbərSosial

“ASAN xidmət” əməkdaşları arasında minifutbol turniri keçirildi

Bugun.tv-yə “ASAN xidmət”-dən daxil olan məlumata əsasən, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, AFFA-nın Hakimlər Komitəsinin tərəfdaşlığı ilə gerçəkləşib.

Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.

Turnirin qalibi Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Dövlət Agentliyinin Aparatının və 3 saylı “ASAN kommunal” mərkəzinin komandaları tutub.

Ümumilikdə 5 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.

Aynur Camal

Oxşar xəbərlər

“Üçlü pürüz” Türk komediyası Bakı ekranlarında!

Aynur Camal

Şərqlə Qərbin qovuşduğu İstanbul

Aynur Camal

Türkdilli dövlətlərin jurnalistləri qardaş ölkəyə səfər ediblər – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu