33 C
Baku
20 İyul 2025, 19:47
Baş xəbərSosial

“ASAN xidmət” Talış kəndində sosial aksiya reallaşdırdı

“ASAN xidmət”in, “Yelo Bank”ın və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə sosial aksiya təşkil olunub.

Ramazan bayramı münasibətilə keçirilən aksiya Tərtər rayonunun Talış kəndində reallaşdırılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiya çərçivəsində Talış kəndinin sakinləri üçün işğaldan azad olunandan sonra ilk iftar süfrəsi açılıb. Həmçinin orada yaşayan ailələrə bayram sovqatları təqdim olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində işğal altında olan torpaqlarımız, o cümlədən Talış kəndi düşməndən azad edilib.

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcək

Aynur Camal

Yanvarın 26-da bütün sosial ödənişlər yekunlaşacaq

Aynur Camal

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Xaçmazda seminar təşkil etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu