23 C
Baku
10 İyun 2025, 0:20
Baş xəbərSosial

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

Bugun.tv xəbər verir ki, Qazaxıstan Respublikasının Astana şəhərində BMT-nin İnkişaf Proqramının Astana Dövlət Qulluğu Mərkəzi tərəfindən “Meritokratiya, bütövlük və innovasiya” mövzusunda illik konfrans baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

Konfransın əsas məqsədi dövlət xidmətlərinin perspektivlərinin müzakirəsi, meritokratiyanın və innovasiyaların təşviqi istiqamətində uğurlu təcrübələrinin paylaşılması olub.

Dövlət Agentliyinin əməkdaşları ölkəmizin innovasiyaların idarə edilməsi, vətəndaşlarla səmərəli kommunikasiyanın qurulması, dövlət idarəetməsində iştirakçılığının artırılması istiqamətində təcrübələrini bölüşüblər. Eyni zamanda müasir idarəetmədə inkişaf edən bacarıqlar, imkanlar və çağırışlarla bağlı müzakirələr aparılıb.

Konfransda 30 ölkənin 100-dən çox dövlət qurumunun, beynəlxalq təşkilatların isə 300-dən çox rəhbər vəzifəli şəxsi iştirak edib.

Aynur Camal

Oxşar xəbərlər

C.Bayramov ABŞ-da işgüzar səfərdədir

Aynur Camal

Almaniya Ukraynaya 500 milyon avroluq yardım paketi hazırlayır

Kəmalə Sultan

13 avtomobilin iştirakı ilə baş verən qəza nəqliyyatın hərəkətini dayandırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu