29 C
Baku
1 İyun 2025, 14:08
Baş xəbər

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

ASCO-ya məxsus “Handysize” tipli “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub.

Bu ilin martında ABŞ-nin Portland limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okean üzərindən hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.

Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.

“Xocalı” gəmisinin dedveyti 38 593 ton təşkil edir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.

Aynur Camal

Oxşar xəbərlər

Qadın bərbərləri və gözəllik salonları qadağan edilir

Nigar Məmmədova

Mərcan riflərinin 80%-dən çoxu ağardıldı

Aynur Camal

Avtobusda olan sərnişinin çamadanından 12 kiloqram narkotik vasitə aşkarlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu