28 C
Baku
21 İyul 2025, 1:41
Baş xəbərTexnologiya

ASELSAN-ın Azərbaycan üçün yüksək texnologiyalı kosmik təşəbbüsü

BAKI (AA) – Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN Azərbaycanda türk modelinə bənzər bir kosmik ekosistem qurmağı hədəfləyir.

Bugun.tv-xəbər verir ki, ASELSAN tərəfindən yerli olaraq inkişaf etdirilən Ku-Band və X-Band rabitə faydalı yüklərə malik TÜRKSAT-6A peyki orbitdəki ilk ilini 9 iyul 2025-ci ildə uğurla başa vurub. Türkiyənin ilk yerli istehsal və milli rabitə peyki olaraq TÜRKSAT-6A performansı ilə diqqətləri üzərinə çəkərək, dünya üzrə rabitə qabiliyyətinə malik yeganə ölkələrdən birinə çevrildi.

Kosmik texnologiyalar sahəsində toplanmış bu təcrübəsini qardaş ölkə Azərbaycanla bölüşmək üçün yeni dövr başlayıb. ASELSAN Azərbaycanın yeni nəsil rabitə peyki Azerspace-3-ün satınalınması təklifi ilə diqqəti cəlb edir.

Məlumatlara görə, ASELSAN təkcə sistem satışı deyil, həm də peykin faydalı yükünün işlənib hazırlanması və istehsalını özündə əks etdirən texnologiya transferi modelini Azərbaycan mühəndisləri ilə birgə təklif edir.

Bu yanaşma Azərbaycana peyk sistemlərinin inkişafında təkcə istifadəçi deyil, həm də tərəfdaş olmaq imkanı verəcək. Bu addım Azərbaycanın yerli mühəndislik potensialını artıracaq və müstəqil kosmik sənaye infrastrukturu yaratmağa imkan verəcək.

ASELSAN-ın rəhbərliyi ilə başlanması planlaşdırılan əməkdaşlıq iki ölkə arasında yeni, yüksək texnologiyalara əsaslanan körpünün yaradılması istiqamətində tarixi addım hesab olunur.

Aynur Camal

Oxşar xəbərlər

Qubad İbadoğlu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı-YENİLƏNİB

Nigar Məmmədova

‘Flört edən’ dəstə ‘Makiyaj’ əməliyyatı ilə yaxalandı!

İntizar Əmirova

D.Medvedyev: “Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu