19 C
Baku
8 Sentyabr 2024, 3:20
Baş xəbərMədəniyyət

AŞIK VEYSƏL AZƏRBAYCANDA “CÜMHURİYYƏTİN ÜZÜ” KONSERTİ İLƏ anıldı

Bugun.tv xəbər verir ki, ozan ənənəsinin ən böyük nümayəndələrindən olan xalq şairi Âşık Veysəl Şatıroğlu vəfatının 50-ci ildönümü ilə əlaqədar təşkil edilən “Cümhuriyyətin üzü” konserti Azərbaycanda anılıb.

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl ili” və vəfatının 50-ci ildönümü çərçivəsində Beynəlxalq Muğam Mərkəzində azərbaycanlı musiqiçilər; Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndirib.

Bakı Yunus Əmrə İnstitutunun azərbaycanlı sənətçiləri və sənətsevərləri türkü gecəsində bir araya gətirdiyini deyən Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, hər türkünün bir hekayəsi olduğunu, bəzilərinin göz yaşları, bəzilərinin isə sevinclə yazıldığını bildirib.

Sevgi, qürbətin, həsrət hekayələrinin türkülərdə toplandığını, böyük saz ustalarından olan Aşıq Veysəlin də Anadolu hekayəsini dilə gətirdiyini qeyd edən Bağcı, “Aşık Veysəl Türkiyənin seçkin və zəngin ürəyidir. ” dedi.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç Âşık Veysəlin ölüm və sevgi şeirləri yazdığını, insan ləyaqətini uca tutduğunu, sadiq yarının torpaq olduğunu daha çox vurğulayaraq, “Ancaq Âşık Veysəl daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəni xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır”. dedi.

Karakılıç Âşık Veysəlin sevgisini, həsrətini, qürbətdə yaşadığı qəribliyini də yazdığını, ancaq bunların onun öz dramının, öz faciəsinin hekayəsi olduğunu bildirib.”Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir” deyə bildirib.

Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın rəhbərliyi ilə Həliməy Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynova doqquz nəfərlik orkestr ilə Aşık Veysəlin “Dərdimi Danışa Bilmirəm Qayğısız İnsana, Uzun,İncə BirYoldayam, Qara Torpaq, Sazım Sən Qal Dünyada, Könül Dağı, Məcnun Leylayı gördüm, Gözəlliyin On Para Etməz” adlı sevilən mahnılarını səsləndiriblər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Türk Qızıl Ayparası Somalidə seldən zərər çəkənlərə yardım göndərdi

Kəmalə Sultan

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Aynur Camal

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu