31 C
Baku
21 İyul 2025, 12:59
Baş xəbərDigərKriminal

Astarada ağaclara tor qurmaqla qanunsuz ov edən şəxslər aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Rüdəkənar kəndi ərazisində 4 nəfər rayon sakini A.Həsənov, E. Kazımov, K. Rzayev və C. Kazımovun qanunsuz ov etdikləri aşkarlanıb.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

3 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Bugün TV

Qəzza zolağında bir məktəb yenidən bombalandı: 15 şəhid və çoxlu yaralı!

Aynur Camal

Azyaşlı uşaq tapıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu