11 C
Baku
13 Mart 2026, 18:09
Baş xəbərHadisə

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edildi

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə,Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “VAZ” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücülər saxlanılıb. Onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib.

Astarada avtoxuliqanliq edənlər saxlanıldı
Avtoxuliqanlıq anı

 

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnaməsiz idarə etdiyi bilinib.

Onların barəsində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu