Bugun.tv xəbər verir ki, astronomlar 1,3 milyon superkütləli qara dəliyin olduğu kainatın yeni xəritəsini yaradıblar.
Cosmos Magazine-in məlumatına görə, astronomlar Günəşdən 100 min ilə 10 milyard dəfə böyük olan superkütləli qara dəliklərin əmələ gətirdiyi, kainatın ən parlaq cisimləri olan kvazarlar, isti, turbulent qaz və toz kütlələrindən istifadə ediblər.
Bu zaman Avropa Kosmik Agentliyinə (ESA) aid Gaia Kosmik Teleskopundan əldə edilən məlumatlardan istifadə olunub. Astronomlar arxa planda çəkilən kvazarlardan istifadə edərək, 1,3 milyon superkütləli qara dəlikdən ibarət kainatın xəritəsini yaradıblar.
Xəritəni yaradan elm adamlarından olan Nyu York Universitetinin professoru David Hogg, hazırladıqları kataloqun kainatın ən böyük həcminin 3D xəritəsini göstərdiyi üçün daha əvvəl yaradılmış bütün kataloqlardan fərqli olduğunu bildirib.