13 C
Baku
2 Dekabr 2025, 18:20
Dünya

Astronomlar Yer kürəsindən 18 işıq ili məsafədə super Yer ekzoplanetini kəşf etdilər

ABŞ-ın Kaliforniya Universitetindən astronomlar, Yerin cəmi 18 işıq ili uzaqlığında yerləşən bir M cüce (qırmızı cücə) ulduzun “yaşanabilir bölgəsində” yeni bir Süper-Dünya ötegezegen (kənar planet) kəşf ediblər.

Bu ötegezegenə GJ 251 c adı verilib. Qeydlər iki yüksək dəqiqlikli müşahidə alətindən gələn siqnallara əsaslanaraq götürülüb.

Alimlər bildirirlər ki, bu planetin quruluşu yerdəkilərə bənzəyərək daşlı ola bilər və onun səth temperaturu maye suyun mövcud olmasına uyğun ola bilər — bu isə həyat üçün mühüm göstəricidir.

GJ 251 c, Yerə nisbətən bir neçə dəfə böyükdür və Samanyolu qalaktikasında nisbi yaxın məsafədədir.

Tədqiqatçılardan Paul Robertson bildirib ki, “İndi kənar planetlərin kəşfi o qədər də nadir deyil, amma bu planetin dəyərini artıran məqam odur ki, ana ulduzu sadəcə 18 işıq ili uzaqlıqdadır — kosmik ölçüdə demək olar ki, qonşudur”.

Məqalə The Astronomical Journal jurnalında nəşr olunub.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

9 ali təhsil müəssisəsinin yenidən təşkili haqqında qərar qəbul edilib

Aynur Camal

Küveyt əmiri parlamenti buraxdı və Konstitusiyanın əhatə dairəsini məhdudlaşdırdı

Aynur Camal

İsrail Qəzzada mülki vətəndaşlar üzərində yeni silahları sınaqdan keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu