Baş xəbər

Aşura günün anlamı

Aşura günü

Mәhәrrәm ayı – Hicri təqviminin ilk ayıdır. Uca Allahın aşağıdakı ayədə bildirdiyi kimi, dörd müqәddәs aylardan biridir.

Uca Allah belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu (İslam), doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. (Tövbə, 36)

Aşuranın tarixi

Uca Allahın göndərmiş olduğu dini, doğru anlamağa yardımçı olacaq vasitələrdən biri də, Qurani-Kərimdə olan peyğəmbərlər vә keçmiş ümmətlərə dair hekayələrdən ibrət almaq-dır.

Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu, Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gündür.

Müsəlmanlar bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.

Şeyx Abbas Qumi “Məfatihul-cinan” kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür. Şiələrin bu gün dünya işləri ilə məşğul olmamaları, yas saxlamaları və Aşura ziyarətini yerinə yetirmələri yaxşıdır.»

 Uca Allah buyurmuşdur: “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır..” (Yusuf, 111)

Onun Öz Kitabında söylədiyi hadisәlərdən biri dә, Allahın ayı olan – müqəddəs Məhərrəm ayında baş verən hadisədir. Bu, Musa peyğəmbər  və Misirin qəddar Fironu (kralı) olmuş II Ramzes’lə bağlıdır. Rəbbimiz Quranda bu haqda belə buyurmuşdur:

“Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik. Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək. Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.” (Qasas, 3-6)

Firon, İsrail övladlarına hökmranlıq edәrәk onları kölə edir, yeni anadan olmuş uşaqları öldürür, qadınları isə, sağ saxlayırdı. Bu cinayət əməli etmə səbəbi, doğulacaq uşaqların birindən gələ biləcək haqq və hakimiyyət qorxusu idi. İsrail övladları, İbrahim peyğәmbәrdәn onlara gәlmiş bilgilәrә əsasən bilirdilər ki, onun nəslindən gələcək bir şəxs, Misir krallığını dağıdacaq. Falçıların verdikləri xəbərə əsasən, qorxuya düşən Firon isә, öz güc varlığını qorumaq üçün əsgərlərinə, İsrail övladlarının yeni doğulan bütün uşaqlarını öldürməyi əmr etmişdi.

Bununla belə, əvvəlcədən aldığı bütün tədbirlər, onu Allahın Qədər’indən mühafizə etmək üçün kifayət etmədi. Beləcə Allah, Musa peyğəmbərin əmin-amanlıqda böyüməsini, öldürülməkdən xilas olunmasını və həmçinin yetkinlik dövrünə çatana qədər Allahın himayəsi altında Fironun öz evində böyüməsini tәmin etdi. İllər sonra isə, Fironun ‘fironluğunun’ bir nömrәli әngәllәyicisi olan Musaya qarşı olan zülmlәr, bu dahi peyğәmbәrin vә onunla birlikdə olan haqq әhlinin canlarını qurtarmaq üçün qaçmalarıyla yekunldı. Mәşhur – dәnizin yarılması hadisәsi nәticәsindә, Musa peyğәmbәr vә onunla birgә olanlar qurtulmuş, Firon isә hәlak olmuşdu.

Bu əzəmətli hadisə müqəddəs Muhərrəm ayının 10-cu günü baş vermişdir. Bu günü yəhudilər ‘Yәvmul Aşura‘ (Aşura günü) olaraq adlandırırlar. Musa peyğəmbər (ona Allahın salamı olsun) həmin günü oruc tutmuş, insanları da bu əmələ çağırmışdır.

İbn Abbas rəvayət edir ki, Hz. Məhəmməd Mədinəyə gəldikdә, yəhudilərin Aşura günü oruc tutduqlarına şahid olmuş vә onlardan belə soruşmurdu: “Bu günün əhəmiyyəti nədir ki, siz bu gün oruc tutmusunuz?” Onlar belә cavab verdilәr: “Bu, böyük əhəmiyyəti olan bir gündür. Allah, Musa və onun camaatını xilas etmiş, Fironu və onun camaatını isә suda boğmuşdur. Musa, təşəkkür əlaməti olaraq həmin günü oruc tutmuşdur ki, biz də buna riayət edirik.” Bunun üzərinə Allah Rəsulu dedi: “Biz daha haqlıyıq və bizim Musaya olan yaxınlığımız, sizin yaxınlığınızdan daha çoxdur”.

Beləcə Allahın elçisi Aşura günü oruc tutdu və həmin gün oruc tutulmasını da müsәlmanlara tövsiyyә etdi.

 Aşura günündə oruc tutmağın əhəmiyyəti.

Müdrik bir müsəlman, hər zaman mübarək günlərdən fayda götürmәli vә Allaha daha da yaxınlaşmağa can atmalıdır. Bu cür etməklə, öz həyatının bütün sahələrində öndər bir Peyğəmbəri olan Muhəmməd’i (ona Allahın salamı olsun) özünə nümunə və örnək götürmәlidir.

İbn Abbas demişdir: “Allah elçisinin bu gündən (Aşura günündən) və bu aydan (Ramazan ayından) başqa vaxtlarda oruc tutmağa daha istəkli olduğunu görmədim”(Buxari, 1867).

Başqa bir hədisdə Peyğəmbərimiz demişdir: “Aşura günü orucunun böyük üstünlüyü/fəziləti vardır. Ümid edirəm ki, Allah bu orucu, keçən il (o ildə edilәn günahlar) üçün kəffarə (bağışlanma) kimi qəbul edəcəkdir”. (Muslim)

Mənbə: İslamEvi.Az

Bugün TV

Oxşar xəbərlər

Yeni araşdırma: İnsan beyin toxumasında mikroplastik aşkar edilib

Aynur Camal

İşğal rejimi gecə boyu Qəzzaya hücumlarını davam etdirib

Aynur Camal

ABŞ kəşfiyyatının məlumatına görə, Ukraynada rusiyalı itkilərin sayı 188 min nəfəri ötüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu