Bugun.tv xəbər verir ki, ASUS daha bir yeni ROG Zephyrus G16 noutbukunu təqdim edib. O ilk növbədə ən müasir oyunlar üçün nəzərdə tutulub, lakin həm də qrafika və video ilə işləmək üçün çox uyğundur. Bu noutbuklar 14 nüvəli Intel Core Ultra 9 185H neyroprosessoru vəNVIDIA GeForce RTX 4090 video kartı ilə təchiz olunub.
Həmçinin, prosessorun təchiz olunduğu süni intellekt (Sİ) də buna imkan yaradacaq. Sİ sayəsində oyunlarda təsvir, demək olar ki, dərhal yüklənəcək və yüksək tezliklə maksimum dəstəklənəcək. Videomateriallar isə daha sürətlə render olunacaq, bu da az enerji tələb edir.
Noutbukun içərisində, həmçinin, 7467 MHz tezliyə malik, 32 qiqabaytadək son nəsil LPDDR5X operativ yaddaş mövcuddur. Eyni zamanda, noutbuk М.2 SSD üçün quraşdırılmış 2 slotla təchiz olunub.
ROG Zephyrus G16 modeli çox yüngüldür, çəkisi 1,85 kq-dır. Korpusunun qalınlığı isə 1,49 sm-dir. O alüminiumdan hazırlanıb. İki rəng modeli var. Bundan başqa, ROG Zephyrus G16 noutbukunun ən mühüm yeniliklərindən biri də ROG Nebula OLED displeylə təchiz olunmasıdır.
Müxbir: Şəms Elnurqızı