33 C
Baku
3 Sentyabr 2025, 17:33
Baş xəbərDünya

Atəşfəşanlıq faciəsi! Ən azı 150 nəfər yaralandı

Hindistanın Kerala ştatında məbəddə keçirilən festival zamanı atəşfəşanlıq hadisəsi baş verib. Daxmadakı atəşfəşanlıq qəflətən partlayıb, yanğın zamanı azı 150 nəfər xəsarət alıb. Hindistanın cənubundakı Kerala əyalətinin Kasaraqod bölgəsindəki məbəddə yüzlərlə insanın iştirak etdiyi festival keçirilib. Festival ərazisindəki daxmada atəşfəşanlıq səbəbindən böyük partlayış baş verəndə hər şey dəhşət yerinə çevrilib.

Partlayış səbəbiylə başlayan yanğında alov ətrafa yayılarkən, səlahiyyətlilər hadisə nəticəsində ən az 150 nəfərin yaralandığını açıqlayıb. Polis yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını, 10 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Polis hadisə ilə bağlı araşdırma başladıb və məbəd işçilərni nəzarətə alıb. Yanğının atəşfəşanlıq nümayişindən sonra daxmaya fişənglərin düşməsi ilə başladığı təxmin edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

6 yaşlı qıza qarşı zorakılıq iddiası ilə bağlı hökm oxunacaq

Kəmalə Sultan

ESA: Yer orbitində çoxlu kosmik tullantı toplanıb

Aynur Camal

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu