13 C
Baku
13 Aprel 2026, 12:21
DünyaSiyasət

Atəşkəsə baxmayaraq 5 fələstinli öldürüldü

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi xəbərə görə, İsrail əsgərləri Qəzzanın şimalındakı Şucaiyyə məhəlləsində evlərinə qayıtmağa çalışan mülki şəxslərə atəş açıb.

Qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Qəzza şəhərinin Şücaiyyə məhəlləsində evlərini ziyarət edən fələstinlilərə pilotsuz uçuş aparatından (PUA) atəş açaraq 5 nəfəri öldürüb.

Hesabatda İsrailin əvvəlki hücumlarında yaralanan iki fələstinlinin də öldüyü bildirilir.

İsrail ordusu yazılı açıqlamada Şucaiyyə məhəlləsində hücumu təsdiqləyib. Açıqlamada bir qrup fələstinlinin “Sarı xətti” keçərək İsrail əsgərlərinə yaxınlaşdığı iddia edilib.

İsrail əsgərlərinin “fələstinlilərin bölgəyə irəliləməsinin qarşısını almaq üçün cəhdlər etdiyi, lakin qruplaşmanın bu xəbərdarlıqlara məhəl qoymadığı” iddia edilib.

Daha sonra İsrail əsgərlərinin fələstinlilərə atəş açdığı bildirilir.

Qəzzada Atəşkəs və Məhbus Mübadiləsi Sazişi

Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Müqavilə danışıqların getdiyi Misirdə imzalanıb və oktyabrın 10-da İsrail hökumətinin təsdiqi ilə müqavilə qüvvəyə minib.

İsrail ordusu müqavilədə nəzərdə tutulduğu kimi “sarı xətt”dən geri çəkildikdən sonra Qəzza zolağında atəşkəsin həmin gün günorta saatlarında qüvvəyə mindiyi açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu