Bugun.tv xəbər verir ki, Sudanda atəşkəs elan edilsə də, hərdən partlayış və atışma səsləri eşidilir.
Lakin buna baxmayaraq, paytaxt Xartumda sükut hökm sürür.
Qeyd edək ki, təhlükəsizlik səbəbi ilə bir neçə ölkə Sudandakı səfirliyini müvəqqəti olaraq bağlayıb.
Xatırladaq ki, aprelin 15-də Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Toqquşmalar zamanı yüzdən çox insan həyatını itirib.
Mənbə: TRT haber
