20 C
Baku
10 Oktyabr 2025, 19:00
Dünya

Atəşkəsdən sonra ABŞ-dan yeni addım: Bölgəyə qoşun göndərmək

İsrail və HƏMAS-ın Qəzzada daimi atəşkəs planını təsdiqləməsindən sonra ABŞ diqqətəlayiq bir addım atdı. İsrailə 200 ABŞ əsgərinin göndəriləcəyi və orada CENTCOM bazası yaradılacağı bildirilirdi. Hərbçilərin bir hissəsinin İsrailə gəldiyi bildirilir.

ABŞ prezidenti Donald Trampın təqdim etdiyi Qəzzada daimi atəşkəs planı Misirdəki danışıqlardan sonra müsbət nəticələnib. Həm İsrail hökuməti, həm də HƏMAS planı təsdiqlədiklərini açıqlayıblar.

Qəzzada atəşkəslə bağlı razılaşmanın ardınca ABŞ-dan diqqətəlayiq bir addım gəldi.

Anonimlik şərti ilə Associated Pressə (AP) danışan ABŞ rəsmiləri məsələ ilə bağlı təəccüblü açıqlama veriblər. Onlar ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İsraildə “mülki-hərbi koordinasiya mərkəzi” yaradacağını bildirərək, bu strukturun “humanitar yardım axınını asanlaşdıracaq, həmçinin maddi-texniki və təhlükəsizlik dəstəyini təmin edəcək”.

Rəsmilər bildiriblər ki, ABŞ Qəzzada qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasını dəstəkləmək və nəzarət etmək üçün tərəfdaş ölkələr və QHT-lərin də olduğu bir komandanın tərkibində İsrailə təxminən 200 əsgər göndərəcək.

Bir məmur iddia edib ki, yeni komanda “atəşkəs razılaşmasının icrasına və Qəzzada mülki hökumətə keçidə nəzarət etməyə kömək edəcək”.

Rəsmilər, ABŞ əsgərlərinin Qəzzəyə göndərilməyəcəyinə diqqət çəkərək, əsgərlərin bir hissəsinin gəldiyini və mərkəzin yaradılması işlərinə başlamaq üçün həftə sonu bölgəyə səfərlərini davam etdirəcəklərini qeyd ediblər.

Tramp İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Həmas da Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyərək Türkiyə, Qətər, Misir və ABŞ prezidenti Trampın səylərini təqdir etdiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Misirdə aparılan danışıqlarda Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının ardından kabinetini toplayacağını və İsrailli məhbusların geri qaytarılması üçün atəşkəs razılaşmasını təsdiqləyəcəyini açıqlayıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Disney World tətili kabusa çevrilir: Yaralı qadın təzminat iddiası qaldırır

Aynur Camal

Nokia 110 4G yenilənmiş dizayn və daha böyük ekranla gəlir

Aynur Camal

Keçən bir ulduz Günəş sistemini məhv edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu