4 C
Baku
28 Fevral 2026, 3:27
Dünyaİdman

“Atalanta” rusiyalı yarımmüdafiəçini “Torino”ya satmamaqda israrlıdır

“Torino” rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun satın alınması məsələsində “Atalanta” ilə razılığa gələ bilmir. Bugun.tv xəbər verir ki, bu barədə Calciomercato.com məlumat yayıb.

Mənbə bildirir ki, Turin klubu 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün israrlıdır. Mirançukun özünün arzusu karyerasını “Torino” mentoru İvan Yuriçin rəhbərliyi altında davam etdirməkdir.

Sözügedən futbolçu daha əvvəl “Torino”da çıxış edərkən 31 matçda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. Qeyd edək ki, onun “Atalanta” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Xatırladaq ki, Aleksey Mirançuk karyerasına “Olimp” (Slavyansk-na-Kuban) və “Spartak”da başlayıb.

Bugün TV

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu