14 C
Baku
16 Noyabr 2025, 7:11
Sosial

“Atam sərxoş olub məni döyür, təhqir edirdi”-VİDEO

“Uşaq və qadın sığınacağı”na pənah gətirən Səbinə Quliyevanın (ş.a) 15 yaşı var. Artıq iki aydır ki, mərkəzdə məskunlaşıb.
Bugun.tv-yə müsahibə verən yeniyetmə deyir ki, bura gəlməsinə səbəb içki düşkünü olan atasıdır. S.Quliyeva iddia edir ki, o atası tərəfindən dəfələrlə fiziki şiddətə məruz qalıb, təhqir olunub. Buna görə də evdən qaçmaq qərarına gəlib. “Demək olar ki, hər gün eyni vəziyyət idi. Atam sərxoş halda evə gəlir. Hər dəfə bir bahanə ilə məni döyür, söyürdü. Buna dözmək çətin idi”.
Səbinə Quliyeva söhbət zamanı sığınacaqda qaldığı müddət ərzində özündə müsbət dəyişikliklər hiss etdiyini bildirib. Əvvəlki kimi aqressiv olmadığını, mehriban davranmağı öyrəndiyini vurğulayıb. Eyni zamanda fikrini cəmləyə, xəyallar qura bildiyini söyləyib.
“Uşaq və qadın sığınacağı”nın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə Səbinə Quliyeva hələ bir müddət də mərkəzdə qalıb, psixoloji durumu ilə bağlı müalicə almalıdır. Evlərinə isə istədiyi zaman dönə bilər.
S.Quliyevanın sözlərinə görə anası dünyasını dəyişdikdən sonra atasının himayəsində qalmalı olub. İndi onun ən böyük arzusu təhsilini davam etdirmək, mərhum anasının arzusunu yerinə yetirib, tibb işçisi olmaqdı.

Bugün TV

Oxşar xəbərlər

Növbə mədəniyyətimiz hansı səviyyədədir?

Bugün TV

Qarabağ Universitetində ATİAHİ Respublika Komitəsinin üzv təşkilatı təsis edildi

Aynur Camal

Gənclər fondunun 10 illik yubleyi keçirilib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu