Digər

ATƏT Minsk Prosesi rəsmi olaraq bağlandı

Bugun.tv– xəbər verir ki, ATƏT (OSCE) açıqlama yayaraq bildirib ki, Minsk Prosesi və ona bağlı bütün strukturlar — Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və digər mexanizmlər 30 noyabr 2025-ci il saat 23:59-da rəsmi şəkildə fəaliyyətini dayandırıb. Qərar, Ermənistan və Azərbaycanın birgə müraciəti və 2025-ci ilin 1 sentyabrında qəbul olunmuş ATƏT Nazirlər Şurası qərarı əsasında icra olunub.

Təşkilatın məlumatına görə, bağlanma prosesi həmçinin avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda imzalanmış “birgə bəyannamə”nin hüquqi davamıdır. ATƏT bildirir ki, bütün inzibati prosedurlar tamamlandıqdan sonra Minsk formatı “tam başa çatmış” hesab edilir.

ATƏT bu addımı regionda “yeni siyasi reallığa uyğunlaşma” kimi qiymətləndirərək qeyd edib ki, bundan sonra sülh prosesi daha çox iki ölkə arasında birbaşa diplomatik kanallar vasitəsilə davam etdiriləcək. Təşkilat həm Bakı, həm də İrəvanı sabit sülhün möhkəmləndirilməsi üçün dialoqu davam etdirməyə çağırıb.

Mənbə: OSCE.org

Aynur Camal

Oxşar xəbərlər

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ramazan nəfsin tərbiyəsi ayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu