6 C
Baku
24 Fevral 2026, 14:26
Baş xəbərSosial

ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək – XƏBƏRİNİZ OLSUN

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) adı ilə davam etdirəcək.

Bugun.tv – xəbər verir ki, bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatımızın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.

Yeni ad elm və təhsil sahəsində çalışan əməkdaşların maraqlarını bir araya gətirən, onları daha geniş şəkildə əhatə edən yanaşmanı əks etdirir.

Elm və təhsil bir-birindən ayrılmaz sahələrdir. Bu iki sahənin ortaq dəyərləri üzərində möhkəm həmrəylik platforması quraraq, əməkdaşların hüquq və maraqlarının qorunmasına yönəlmiş fəaliyyəti daha da gücləndirir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı üzvlərin yanında olmağa, onların əmək hüquqlarını, sosial təminatlarını və peşəkar maraqlarını qorumağa, birgə təşəbbüslərlə yeni və uğurlu addımlar atmağa davam edəcək.

Aynur Camal

Oxşar xəbərlər

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu