8.4 C
Baku
5 Mart 2026, 15:52
Baş xəbərİdman

Atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli oldu

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli olub.

Azərbaycan Atıcılıq Federasiyasından Bugun.tv -yə bildirilib ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

Səkkiz idmançının final medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sajad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.

Qeyd edək ki, bu gün, həmçinin qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibi bəlli olacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Bu hücum cavabsız qalmayacaq” – Müdafiə Nazirliyi

Aynur Camal

Azərbaycan XİN Naxçıvana dron hücumları barədə bəyanat yayıb, İran səfiri nazirliyə çağırılıb

Aynur Camal

Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu