Baş xəbərSosial

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları həmin avtomobillərin sürücülərinin diqqətinə çatdırılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu