Bugun.tv xəbər verir ki, bu gün ATV kanalı 22 yaşını qeyd edir.
“Azad Azərbaycan” Müstəqil Teleradio Yayım Şirkəti ilk dəfə 2000-ci ilin bu günündə yayıma başlayıb.
İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başladı.
Sonra isə sosial proqramları ilə ölkənin ən qabaqcıl televiziya kanalına çevirilidi, böyük izləyici kütləsi qazandı. Reytinqlərdə hər zaman öndə oldu.
Beləliklə, ən baxımlı televiziya kanalı olan ATV bir çox uğurlu layihələri ilə izləyicilərinin sevgisini qazanmağı bacardı.
Bugun.tv olaraq, ATV kanalını 22 yaşı münasibəti ilə təbrik edir, uğurlar diləyirik!