8 C
Baku
8 Fevral 2026, 15:05
Baş xəbərDünya

Atəşfəşanlıq faciəsi! Ən azı 150 nəfər yaralandı

Hindistanın Kerala ştatında məbəddə keçirilən festival zamanı atəşfəşanlıq hadisəsi baş verib. Daxmadakı atəşfəşanlıq qəflətən partlayıb, yanğın zamanı azı 150 nəfər xəsarət alıb. Hindistanın cənubundakı Kerala əyalətinin Kasaraqod bölgəsindəki məbəddə yüzlərlə insanın iştirak etdiyi festival keçirilib. Festival ərazisindəki daxmada atəşfəşanlıq səbəbindən böyük partlayış baş verəndə hər şey dəhşət yerinə çevrilib.

Partlayış səbəbiylə başlayan yanğında alov ətrafa yayılarkən, səlahiyyətlilər hadisə nəticəsində ən az 150 nəfərin yaralandığını açıqlayıb. Polis yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığını, 10 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Polis hadisə ilə bağlı araşdırma başladıb və məbəd işçilərni nəzarətə alıb. Yanğının atəşfəşanlıq nümayişindən sonra daxmaya fişənglərin düşməsi ilə başladığı təxmin edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu