20 C
Baku
1 İyun 2025, 22:01
Siyasət

“Autizmin Sirrləri” adlı beynəlxalq konfrans keçirildi

İnclusive Organization Company-nin təşkilatçılığı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Beer David İnnovativ inkişaf mərkəzi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyi, “Ümidlə gəl” xeyriyyə layihəsi və “Çıxış Yolu” sosial televiziya layihəsi NR İnklüziv mərkəzinin tərəfdaşlığı ilə 20 may saat 12:00-da “Konstitusiya və Suverenlik İli” nə həsr edilmiş Bakı Gənclər Mərkəzində “Autizmin Sirrləri” adlı beynəlxalq konfrans keçirilib.

Bugun.tv – xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanda uşaqların inkişafı üzrə metodiki mərkəzin yaradılması və cəmiyyətin maarifləndirməsidir.

Konfransın açılışını Milli Məclisin Deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri Prezidenti Vüqar İskəndərov, Millət Vəkili Elman Nəsirov, Sara Xatun Mədəni Maarifçilik ictimai birliyin sədri Pərvanə Mustafayeva, Bakı Gənclər Mərkəzinin lahiyələr üzrə rəhbəri Kənan Şərifov, inclusıve Organızatıon Company təsisçi və rəhbəri İbrahim Məmmədov etdi.

Daha sonra isə Azərbaycan və İsrail spkerlərin xüsusi metodlarını auditoriyaya çatdırdılar.

İsrail dövlətinin aparıcı mütəxəssisləri:

David Eichel, Yosefa Eichel, Rita Kutsenko-musiqi terapevti, Yelena Kats-psixofizioloq öz xüsusi çıxışları ilə hər kəsi maarifləndirdi.

Azərbaycan dövlətinin aparıcı mütəxəssisləri:

Vüqar İskəndərov, Ramidə Oktayqızı, Anara Quliyeva, Rüfanə Paşayeva, Şəhla Abdullayeva, Nərmin Şabanqızı öz xüsusi çıxışları ilə hər kəsi maarifləndirib.

Bədii hissədə isə autizm uşaqları həmçinin inklüziv cəmiyyətin üzvləri mahnılar, rəqs və s.. kimi çıxışlar ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Tarix yaddaşımızın aynasıdır…

Aynur Camal

İlham Əliyev Türkiyə ilə imzalanmış iki sənədi təsdiqlədi

Nigar Məmmədova

Abdullahiyan: “Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız heç bir tərəfə qarşı olmayacaq”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu