7 C
Baku
21 Dekabr 2025, 12:52
Digər

Avqustda Almaniyada işsizliyin səviyyəsi artdı

Bugun.tv xəbər verir ki, bu göstəricilər Federal Əmək Agentliyinin açıqlamasında əksini tapıb. Avqustda işsizliyin səviyyəsi iyulla müqayisədə 0,1 faiz artaraq 6,4 faizə yüksəlib. İyulda ölkədə 2 milyon 979 min işsiz şəxs qeydə alınıb. Agentliyin açıqlamasında qeyd olunub ki, ölkədə işsizlik göstəriciləri adətən yay aylarında çox olur. Buna səbəb şirkətlərin tətil ərəfəsində daha az işçi qəbul etməsi və bəzi tədris müəssisələrində əmək müqavilələrinin başa çatmasıdır. Lakin avqust ayının göstəriciləri son 15 ildə heç vaxt belə yüksək olmayıb. Ən yüksək işsizlik səviyyəsi Bremen (11,8 faiz) və Berlində (10,5 faiz), ən aşağı göstərici isə Bavariya (4,2 faiz), Baden-Vürtemberqdə (4,7 faiz) qeydə alınıb. Federal Əmək Agentliyinin rəhbəri Andrea Nahles bildirib ki, əmək bazarı son illərin iqtisadi durğunluğunun təsiri altında olsa da, sabitləşmənin ilk əlamətləri müşahidə edilməkdədir.

Bugün TV

Oxşar xəbərlər

Cənubi Koreyada ABŞ-Çin sammiti keçirildi

Aynur Camal

Türkiyə Nazirlər Kabineti Azərbaycan-Ermənistan sülh prosesini və Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək

Bugün TV

Bakı D-8 Gənclər Dialoquna ev sahibliyi edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu