Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
Qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
00:12
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
İlk yarıdan sonra İspaniya seçməsinin 2:1 hesablı üstünlüyü var. Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:49
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.
Komandalar fasiləyə İspaniya seçməsinin 2:1 hesablı üstünlüyü ilə yollanıb.
Qeyd edək ki, görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.

23:31
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda üçüncü qol vurulub. Qarşılaşmanın 25-ci dəqiqəsində fransalıların müdafiəçisi Jül Kunde avtoqol müəllifi olub. Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:27
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda hesab bərabərləşib.
Qarşılaşmanın 21-ci dəqiqəsində ispanların üzvü Lamin Yamal möhtəşəm qolla tablodakı rəqəmləri bərabərləşdirib. Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:18 Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda hesab açılıb. Qarşılaşmanın 9-cu dəqiqəsində fransalıların heyətində Kolo Muani komandasını önə keçirib. Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:01
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başlayıb. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.

Mənbə: azertag.az
