24 C
Baku
5 Sentyabr 2025, 7:41
Baş xəbərDünya

Avronun “atası” vəfat etdi

Avropa İttifaqı ölkələrinin vahid valyutası – avronun dövriyyəyə buraxılmasında əsas rol oynamış Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında dünyasını dəyişib. Bu barədə “Frans Press” agentliyinə onun qızı Martina Obri bildirib.

Bugun.tv xəbər verir ki, Jak Delor özünün Parisdəki iqamətgahında vəfat edib. Fransanın görkəmli siyasətçisi Prezident Fransua Mitteranın hakimiyyəti dövründə – 1981-1984-cü illərdə bu ölkənin maliyyə naziri vəzifəsini tutub. Delor 1985-ci ildə sonradan Avropa Komissiyası adlandırılan Avropa İcmalar Komissiyasının prezidenti seçilib və üç dəfə ard-arda seçilməklə, 1995-ci ilədək bu vəzifəni icra edib.

Jak Delorun rəhbərliyi ilə Avropada yeni inteqrasiya prosesinə başlanılıb. 1985-ci ildə Şengen sazişi imzalanıb, daha sonra onun hazırladığı proqram Avropa İttifaqının vahid valyutasının dövriyyəyə buraxılması ilə nəticələnib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Trampın ilk imzası xəritədə inqilab edir!

Aynur Camal

Yanğın oldu: Ev yararsız hala düşdü

Bugün TV

Kim Çen In silah fabriklərini yoxladı: Sınaq atəşində hədəfi 12 dəfə vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu