20 C
Baku
16 Sentyabr 2025, 11:43
Baş xəbərİqtisadiyyat

Avronun kursu yenidən yüksəldi

“Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib. Almaniyada iqtisadi artım, məşğulluq və eləcə də inflyasiya ilə bağlı göstəricilər son 12 ayda ən yaxşı hesab olunur. Avrozonada istehsalçı qiymət indeksi (PPİ) də aylıq müqayisədə 0.5 faizədək azalıb. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz facebook hesabında qeyd edib.

“Eyni zamanda, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir. Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətdə real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib.

Bu arada, manat da avroya nisbətən dəyər itirməkdədir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4.0 faizə yaxın ucuzlaşıb. Son yarım ildə isə manat avroya nisbətən 10.0 faiz dəyər itirib. Milli valyutamızın Avropa puluna nisbətən ucuzlaşması avronun dollara nisbətən kursundakı dəyişikliklər ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, avroya nisbətən isə çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən, dəyər qazanan zaman manat da Avropa puluna nisbətən ucuzlaşır.

Avronun möhkəmlənməsi Avropadan idxal edilən malların manat ifadəsində xərcinin artmasına səbəb ola bilər. Hələlik bu məhsullarda hissedilən qiymət artımları müşahidə olunmasa da avro güclənməkdə davam edərsə Avropa malları dünya bazarında bahalaşacaq”,- deputat bildirib..

Nigar Məmmədova

Oxşar xəbərlər

Yeni Dövrə Yeni Azərbaycanla: Məlahət İbrahimqızı seçicilərinə təşəkkür edib

Aynur Camal

Azərbaycanda ilk teatr forumu keçiriləcək – VİDEO

Aynur Camal

Myanma Rusiyadan neft idxal edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu