17 C
Baku
13 Oktyabr 2025, 4:13
Texnologiya

Avropa Birliyi Apple Meta və Google-a qarşı təhqiqat başlatdı

Bugun.tv xəbər verir ki, Avropa Birliyi, Apple, Google və Meta-nın Rəqəmsal Bazarlar Aktı qaydalarına uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırmaya başladı.

Ötən il təsdiqlənən və rəqəmsal platformaların fəaliyyətində dəyişikliklərə səbəb olan Avropa Birliyinin qanununa əsasən, üzv ölkələrdə fəaliyyət göstərən texnologiya şirkətlərinə sərt qaydalar tətbiq edilib. Komissiya, Alphabet-in Google axtarışlarına üstünlük verməsi, Apple-ın App Store-da Safari-yə yönləndirilməsi, Meta-nın ödəniş və ya razılıq modelləri ilə bağlı qaydalara uyğun olub-olmaması araşdırılır.

Açıqlamada rəqəmsal platformalar tərəfindən həyata keçirilən tədbirlərin effektiv şəkildə həyata keçirilib-keçirilməməsi ilə bağlı şübhələrin olduğu bildirilib.

Komissiyanın araşdırmanı 12 ay ərzində yekunlaşdırmağı planlaşdırdığı və pozuntu aşkar olunarsa, şirkətin dünya üzrə ümumi dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq olunacağı bildirilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Orbitə 4 saat fərqlə iki Starlink peyki göndərildi

Teymur Əziz

Süni zəka ilə dərdini bölüşmək tənha olmağın yeni formasıdır?

İntizar Əmirova

Amerikalı astronavtların Aya enişi 2026-cı ilin sentyabrınadək təxirə salındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu