12 C
Baku
6 Aprel 2026, 13:57
Digər

Avropa çempionu Nicat Hüseynovdan tarixi qələbə – FOTOLAR

Dünya və Avropa çempionu, dəfələrlə Azərbaycan çempionu, Strongman üzrə Arnold Classic turnirinin qalibi olan Nicat Hüseynov, öz çəkisi 100 kq olmasına baxmayaraq, 30 mart 2026-cı il tarixində keçirilmiş Strongman üzrə Azərbaycan Çempionatında 110 kq çəki dərəcəsində daha bir uğura imza atıb.

Bugun.tv Kanal20 TV- yə istinadən xəbər verir ki, yarış zamanı Nicat Hüseynov loglift, atlas və axle deadlift hərəkətləri üzrə bütün tapşırıqları yüksək peşəkarlıq səviyyəsində yerinə yetirib.

Yekun nəticələrə əsasən Nicat Hüseynov I yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Azərbaycan çempionu adını qazanıb. Yekun sıralamaya əsasən II yerə Qasımzadə Şahbala, III yerə isə Turqay Qəribli layiq görülüb.

Bununla yanaşı, Nicat Hüseynov strongman idman növündə loglift hərəkətini 135 kq nəticə ilə yerinə yetirərək rekord göstəriciyə imza atıb. Nəticə etibarilə, Nicat Hüseynov strongman idman növü üzrə iki qızıl medal qazanaraq növbəti uğurunu rəsmiləşdirmişdir.

Qeyd edək ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və strongman idman növünün rəhbərliyinin dəstəyi ilə təşkil olunub.

Bu nəticə ilə Nicat Hüseynov Dubay şəhərində keçiriləcək Strongman üzrə Dünya Çempionatında iştirak etmək üçün rəsmi lisenziya qazanıb.

Bütün bunlarla yanaşı, Nicat Hüseynov təkcə strongman deyil, eyni zamanda powerlifting və strictcurl güc yarışları üzrə dəfələrlə çempion olaraq çoxnövlü güc idmanlarında üstünlüyünü bir daha sübut etmişdir.

Mənbə: Kanal20TV

Aynur Camal

Oxşar xəbərlər

Bütün texnikanı bir uzadıcıya qoşmaq niyə təhlükəlidir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp NATO-ya alternativ hərbi blok yarada bilər

Aynur Camal

Starmer: İran müharibəsi Böyük Britaniyanı Aİ ilə daha sıx əməkdaşlığa yönəldir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu