16 C
Baku
11 Oktyabr 2025, 22:06
Dünya

Avropa hava limanlarına kiberhücum: Böyük Britaniyada bir nəfər həbs edilib

Böyük Britaniyada Avropanın böyük hava limanlarına edilən kiberhücumdan sonra bir nəfər saxlanılıb.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) ABŞ-da yerləşən Collins Aerospace şirkətini hədəf alan kiberhücumla bağlı araşdırmaya başladığını açıqlayıb. Sentyabrın 19-da şirkətin təyyarəyə minmə sistemlərində yaranan nasazlıq Avropanın bir sıra böyük hava limanlarında, xüsusilə London Hitrouda uçuşlarda ciddi fasilələrə səbəb olub.

NCA və Temza Vadisi Polisinin SEROCU (Cənub-Şərqi Regional Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) birgə əməliyyat keçirib. Açıqlamada 40 yaşlarında bir kişinin Kompüterdən Sui-istifadə Aktı çərçivəsində saxlanıldığı bildirilib. Şübhəli şəxs şərti olaraq sərbəst buraxılıb.

Milli Kibercinayətkarlıq Departamentinin direktor müavini Paul Foster istintaqın hələ ilkin mərhələdə olduğunu bildirib: “Kibercinayətkarlıq bütün dünyanı təhdid edir və Böyük Britaniyada ciddi pozuntulara səbəb olur”.

Sentyabrın 19-da başlayan kiberhücum Brüssel, Berlin və London hava limanlarına təsir göstərib. Sərnişinlərin qeydiyyatı və minmə prosedurları xüsusilə pozulub. Hücumun yaratdığı problemlərin sentyabrın 22-nə qədər davam etdiyi bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

CENTCOM elan etdi: Birgə Dəniz Qüvvələri komandanlığı Misirə təhvil verildi!

Kəmalə Sultan

Hansı meyvə nə üçün yaxşıdır? Vitamin A, C, E, D, K…

Aynur Camal

BMT-nin Baş katibi Quterreşin Qəzza mesajı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu