17 C
Baku
10 İyun 2025, 5:13
Dünya

Avropa İttifaqı ABŞ ilə ticarət razılaşmasına diqqət yetirir

Avropa komissarı Maros Şefçoviç ABŞ ilə konstruktiv ticarət razılaşması əldə etməyə fokuslandıqlarını bildirib.

Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç ABŞ-ın ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri ilə telefon danışığından sonra sosial media hesabında bir yazı paylaşıb.

ABŞ rəsmiləri ilə yaxşı danışıqlar apardığını qeyd edən Şefçoviç, “AB Komissiyası AB-ABŞ ticarət razılaşması istiqamətində konstruktiv və diqqətli səylərə tam sadiq qalır” deyib.

Şefçoviç qeyd edib ki, Aİ və ABŞ rəsmiləri daimi ünsiyyətdə olmaqda davam edirlər.

ABŞ prezidenti Donald Tramp mayın 23-də sosial media hesabında etdiyi paylaşımda Aİ ilə ticarət danışıqlarının heç bir nəticə vermədiyini və iyunun 1-dən etibarən birbaşa Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiqini təklif etdiyini açıqlayıb.

Bu açıqlamalardan sonra AB Komissiyasının sədri Ursula fon der Leyen Trampla telefon danışığı aparıb.

Telefon danışığından sonra ABŞ tərəfi 1 iyun tarixindən etibarən AB-yə birbaşa 50 faizlik tarif tətbiqi qərarının 2025-ci il iyulun 9-na təxirə salındığını açıqlayıb.

Aİ həmçinin ABŞ ilə ticarət razılaşması üzrə danışıqların sürətləndiriləcəyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Zərərçəkən 11 100 yaşayış sahəsi söküləcək

Bugün TV

Zəlzələlər zamanı dağlardan qopan nəhəng qayalar aparılan işlərlə təmizləndi

İntizar Əmirova

Ukrayna Zaporojya vilayətinə hücum etdi! 10 nəfər həlak oldu!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu