Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycan və Avropa təşkilatları, həmçinin paytaxtları arasında faktiki münasibətlərə öz sosial media hesabında diqqət çəkib.
Politoloq qeyd edib ki, bu yaxınlarda Azərbaycan Prezidenti ilə Avropa İttifaqı və AŞPA baş katibi arasında görüş keçirib. Azərbaycan həmçinin Avropa Siyasi Birliyinin iclasında da iştirak edib. 8 avqustdan sonra regionda yeni siyasi proseslərin başlaması ilə sülh istiqamətində ciddi addımlar atılır. Ümumiyyətlə gedən proseslərə nəzər salsaq Avropa İttifaqı da Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür deyə bilərik.