7 C
Baku
23 Fevral 2026, 19:20
Digər

Avropa İttifaqı ilk altı ayda Rusiyadan 4,5 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz idxal etdi

Bugun.tv xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd olunub. İlin ilk altı ayında Aİ ölkələri tərəfindən ümumilikdə 26,9 milyard avro dəyərində LNG idxal olunub. Bunun 13,7 milyard avroluq hissəsi ABŞ-dan gətirilib. Hazırda Aİ neft və kömür kimi digər fosil yanacaqlarına sanksiyalar tətbiq etsə də, qaza qarşı sanksiyalar tətbiq olunmayıb. Bu səbəbdən Rusiya qazı Aİ-yə hələ də “Türk axını” boru kəməri və LNG vasitəsilə çatdırılır. Ötən il Rusiya qazı Aİ-nin ümumi qaz idxalının 19 faizini təşkil edib. “Eurostat”ın məlumatına əsasən, 2024-cü ildə Aİ Rusiyadan 15,6 milyard avro dəyərində təbii və emal olunmuş qaz idxal edib. Eyni dövrdə ABŞ-dan idxal 19,1 milyard avro təşkil edib.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu