27 C
Baku
28 İyun 2025, 10:48
DünyaSiyasət

Avropa İttifaqı Qəzzada dərhal atəşkəs elan etməyə çağırdı

Avropa İttifaqı Şurası Qəzzada baş verən humanitar fəlakətə diqqət çəkərək, sionist rejimdən blokadanı aradan qaldırmağa və beynəlxalq hüquqa tam əməl etməyə çağırıb. İsrailin Aİ Assosiasiyası Sazişinə uyğunluğu iyul ayında yoxlanılacaq.

Brüsseldə keçirilən Yaxın Şərq sessiyasından sonra Avropa İttifaqı liderləri Qəzzada dərhal atəşkəsə çağırıblar. Aİ Şurası bütün məhbusların qeyd-şərtsiz azad edilməli və hücumlara həmişəlik son qoyulmalı olduğunu vurğulayıb.

Avropa Şurasından verilən açıqlamada Qəzzada baş verən humanitar fəlakət, dinc əhali arasında itkilərin qəbuledilməz səviyyəsi və aclıq riski diqqət çəkib. Bəyanatda qeyd olunub ki, İsrailin Qəzzəyə tətbiq etdiyi blokadanı tamamilə aradan qaldırmalı və humanitar yardımlar təcili olaraq, maneəsiz və fasiləsiz olaraq bölgəyə çatdırılmalıdır.

Şura “İsrailin işğalçı dövlət olaraq beynəlxalq hüquqa və xüsusilə də beynəlxalq humanitar hüquqa tam riayət etməli” olduğunu vurğulayaraq, mülki şəxslərin, humanitar işçilərin, tibb müəssisələrinin, məktəblərin və BMT mərkəzlərinin hər cür şəraitdə qorunmalı olduğunu vurğulayıb.

İordan çayının qərb sahili və Qüdsə də diqqət çəkib

Avropa Şurası işğal olunmuş İordan çayının qərb sahili və Qüdsdə artan zorakılıqları, hücumları, qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini və İsrail hərbi əməliyyatlarını kəskin şəkildə pisləyib. Şura bəyan edib ki, bu zorakılıq spiralını qidalandıran dəstələrə və onlara dəstək verən şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyalar tətbiq edilməlidir.

Bəyanatda iki dövlətli, daimi və davamlı sülhün tərəfdarı olduqları vurğulanaraq davam etdirilib. Aİ bütün tərəfləri bu məqsədə uyğun olaraq həll prosesinə xələl gətirəcək addımlardan çəkinməyə çağırıb.

Aİ Fələstin Muxtariyyətinin islahat proqramını dəstəkləməyə davam edəcəyini və sülh prosesi istiqamətində bütün beynəlxalq və regional səylərdə rol oynamağa hazır olduğunu bəyan edib.

Sonda bildirilib ki, Fələstin probleminin sülh yolu ilə həllinə dair növbəti beynəlxalq yüksək səviyyəli konfransın çağırılması gözlənilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya xəbərdardır! Moskvaya ən güclü hücum

Aynur Camal

Alimlər müəyyən ediblər ki, ofis qəhvəsi “pis” xolesterinin səviyyəsini artırır

Aynur Camal

ABŞ-ın əfsanəvi prezidentlərindən biri Cimmi Karter dünyasını dəyişdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu