Baş xəbərDünya

Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqlədi

Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurası 2024-cü ilin martından etibarən Şengen ölkələri, Rumıniya və Bolqarıstan arasında pasport nəzarətinin ləğvi ilə bağlı rəsmi qərar qəbul edib.

Sənəddə deyilir ki, Aİ Şurası Şengen zonasını Bolqarıstan və Rumıniya hesabına bir qədər də genişləndirmək qərarına gəlib.

Bildirilir ki, yenilik yalnız hava və dəniz nəqliyyatında tətbiq olunacaq, quru keçid məntəqələrində qalacaq. Bu iki ölkə üçün “qismən Şengen”in tətbiqinin Avropa İttifaqı tarixində ilk presedent olduğu vurğulanır.

Bugün TV

Oxşar xəbərlər

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Deputat Vüqar Bayramov: Azərbaycan yaxın illərdə qaz ixracını kəskin artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu