6 C
Baku
21 Dekabr 2025, 9:06
Digər

Avropa İttifaqı və ABŞ gömrük razılaşmasının detalları üzrə razılığa gəldi

Bugun.tv “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Avropa Komissiyası və ABŞ hökuməti arasında yayımlanan birgə bəyanatda Birləşmiş Ştatların Aİ-dən idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunu 27,5 faizdən 15 faizə endirəcəyi əksini tapıb. Rüsumun endirilməsi Avropa İttifaqının ABŞ məhsullarına idxalda müəyyən güzəştlər tətbiq etməsi ilə şərtləndirilir. Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ-nin qanunvericilik prosesini tezliklə başlatmaq niyyətində olduğunu açıqlayıb. ABŞ-ın ticarət naziri Hovard Lutnik isə bildirib ki, bu halda avtomobil üçün gömrük rüsumları 2025-ci il avqustun 1-dən geriyə dönük şəkildə 15 faizə endiriləcək. Bu qərarın Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətini qorumaq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Bugün TV

Oxşar xəbərlər

100 yaşlı təqaüdçü 25 yaşını qeyd etdi

Bugün TV

Britaniyada istehsal sektoru tənəzzül dövrünə qədəm qoyub

Bugün TV

Beynəlxalq Qızıl Xaç Komitəsinin vəzifəli şəxsi, LGBT üzvü Laura Sesenna Azərbaycan polisinə niyə yalan məlumat verib? Qaxda hansısa gizli görüş olubmu? – VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu