24 C
Baku
28 İyun 2025, 23:25
Dünya

Avropa İttifaqına sədrlik 6 ay müddətinə Macarıstana keçdi

Macarıstan 6 ay müddətində Avropa İttifaqı (Aİ) üzvləri arasında rotasiya üzrə sədrlik edəcək. Bu gündən etibarən Macarıstan mandatı 2024-cü il yanvarın 1-dən ona məxsus olan Belçikadan götürüb.

Aİ-yə üzv dövlətlər arasında hər 6 aydan bir rotasiya edən dövr sədrliyi 2025-ci il yanvarın 1-dək Macarıstan tərəfindən həyata keçiriləcək.

Macarıstanın prioritetləri; “Fermer yönümlü Aİ-nin kənd təsərrüfatı siyasəti, ardıcıl və ləyaqətə əsaslanan genişlənmə siyasəti, demoqrafik problemlərin həlli, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, Avropanın müdafiə siyasətinin gücləndirilməsi, üzv dövlətlər arasında birləşmə siyasətinin gələcəyinin formalaşdırılması və Yeni Avropa Rəqabətlilik Sazişinin qəbulu”.

Dövrün sədrliyinin şüarını “Avropanı yenidən möhtəşəm et” olaraq təyin edən Macarıstan bunun “aktiv və təşəbbüskar sədrliyi; üzv ölkələr birlikdə daha güclüdür və Avropa müstəqil qlobal oyunçu ola bilər” rəmzi olduğunu bildirib.

Macarıstanın baş nazir Viktor Orbanın rəhbərlik etdiyi dövr sədrliyi 6-9 iyun tarixlərində keçirilən Avropa Parlamentinə seçkilərin Aİ administrasiyasını yenidən formalaşdırdığı dövrə təsadüf etdi. Bu səbəbdən dinamik qanunvericilik prosesi olmasa da, Budapeştin siyasi baxışının gündəmdə olduğu bir dövr olacağı gözlənilir.

Macarıstan hökuməti son illərdə ölkədə demokratik prinsiplərin aşağı düşməsi səbəbilə Aİ administrasiyası ilə gərginlik yaşayır.

Macarıstanın Birlik qanunlarını pozduğu səbəbi ilə barəsində məhkəmə prosesi aparılan AB fondlarından alacağı məbləğin əhəmiyyətli bir hissəsi bu səbəbdən bloklanır.

Macarıstan bu vəzifəni 20215-ci il yanvarın 1-də Polşaya təhvil verəcək.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

Peskov: Ukrayna terrorun sponsoruna çevrilib

Aynur Camal

1313 evsiz insan küçələrdə öldü

Aynur Camal

Dünyanın ən böyük mobil ekranı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu