24 C
Baku
12 Sentyabr 2025, 0:05
DünyaSiyasət

Avropa liderləri ABŞ-a səfər edəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa liderləri Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə etmək üçün bu gün və ya sabah ABŞ-a gələcəklər.

Dünən keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Tramp Rusiyanın Ukraynaya dünən dördü ballistik olmaqla 13 raket və 805 pilotsuz uçuş aparatının (PUA) daxil olduğu hücuma münasibət bildirib. Bu hücum bir körpə də daxil olmaqla 4 nəfərin ölümü ilə nəticələnib və həmçinin Kiyevdəki hökumət binasını hədəf alıb.

Bütün bu vəziyyətdən narazılığını ifadə edən Tramp, “Bəzi Avropa liderləri bu gün və ya çərşənbə axşamı ölkəmizə tək-tək gələcəklər” deyib. Tramp ABŞ-a səfər edəcək liderlərlə bağlı açıqlama verməsə də, Avropa liderləri ilə Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edəcəyini bildirib. O, Rusiya prezidenti Vladimir Putinlə “tezliklə” görüşəcəyini əlavə edib və Moskvaya qarşı sanksiyaların “ikinci mərhələsinə” keçməyə hazır olduqlarını bildirib.

Ukrayna prezidenti Volodymyr Zelenskyy, sosial mediada yayımladığı mesajda, “Rusiyaya və Rusiyaya bağlı şəxslərə qarşı sanksiyalar, sərt tariflər və Rusiya ilə ticarətdə digər məhdudiyyətlər qoyulmalıdır. Onların itkiləri hiss edilməlidir. Bu, həqiqətən məcburedicidir” deyib.

“Putin danışıqları istəmir” deyən Zelenski, “Putin açıq şəkildə onlardan qaçır. Ona görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemlər onun atəşkəs və ya liderlərin görüşünü qəbul etməkdən imtina etməsinə məntiqi cavabdır” deyən Zelenski əlavə edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınları ilə mübarizə üçün ordu yerləşdirildi

Aynur Camal

Silahlı qarşıdurma zamanı ölənləri sayı 413-ə çatdı

Teymur Əziz

11 milyondan çox uşaq humanitar yardıma möhtacdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu