16 C
Baku
26 Mart 2026, 17:48
Baş xəbərDünya

Avropa ölkələrindən 10 min hotel “Booking.com”a qarşı kollektiv iddia qaldırdı

Avropanın müxtəlif ölkələrindən on mindən çox hotel “Booking.com” platformasını Avropa İttifaqının (Aİ) antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək ona qarşı məhkəmə iddiası qaldırmaq üçün birləşib.

Bugun.tv xəbər verir ki, onların fikrincə, şirkət qiymətləri aşağı salıb və “ədalətsiz şərtlər” – xüsusən də digər satış kanalları vasitəsilə müştərilərə daha aşağı tariflərin təklif edilməsinə qadağanı zorla qəbul etdirirdi.

İddia Amsterdam məhkəməsinə “Hotrec” sənaye təşkilatı və 30 milli hotel assosiasiyasının dəstəyi ilə “Hotel Claims Alliance” tərəfindən qaldırılıb. Hotellər 2004-cü ildən 2024-cü ilə qədər itkilərə görə kompensasiya tələb edirlər.

2024-cü ildə Aİ-nin Ədalət Məhkəməsi “Booking”in əsas şərtinin rəqabət qaydalarını pozduğuna qərar verib. Həmin il şirkət Aİ-nin “Rəqəmsal bazarlar haqqında” Qanununun tətbiqindən sonra bu təcrübədən imtina edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Britaniyada yağışlı hava turizmin cəlbedici hissəsinə çevrilir

Aynur Camal

Dünya şöhrətli restoranlarda “qaranlıq tərəflər” müzakirə olunur

Aynur Camal

Tramp: İranla bağlı hadisələr “müharibə” deyil, hərbi əməliyyatdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu