Bugun.tv xəbər verir ki, Avropa Parlamenti ilə bağlı narazılıq var. “Artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb”.
Bu barədə Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin deputatlarının son günlər verdikləri düşük açıqlamalarla bağlı bəyanatında bildirilib.
Qeyd edilib ki, Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır.
Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.
Mənbə: Azərtac