Avropa Parlamenti uşaqların sosial media istifadəsini tənzimləmək üçün yeni təklif irəli sürüb: minimum yaş 16.
Təklifə görə, 13–16 yaşlı uşaqlar yalnız valideyn razılığı ilə sosial media və digər rəqəmsal platformalara daxil ola biləcəklər. 13 yaşdan kiçik uşaqlar üçün giriş isə tamamilə qadağan ediləcək.
Məqsəd uşaqları onlayn istismar, asılılıq və zərərli məzmundan qorumaqdır.
Təklifdə “sonsuz sürüşdürmə”, avtomatik oynatma və oyunlarda asılılıq yaradan mexanizmlərin qadağan olunması da nəzərdə tutulur.
Eyni zamanda, yaş təsdiqi sistemlərinin (məsələn, kimlik yoxlaması) qurulması vacib hesab olunur.
Bu təklif hələ qanun deyil, amma AB ölkələrinə və sosial media platformalarına istiqamət verəcək və gələcəkdə uşaqların sosial mediaya girişini ciddi şəkildə məhdudlaşdıra bilər.
Mənbə: Ahaber
