25 C
Baku
20 İyul 2025, 0:19
Dünya

Avropa Parlamentindən Gürcüstanda seçkilərin yenilənməsi tələbi

Avropa Parlamenti Gürcüstanda seçkilərin yenilənməsinə çağırıb. Avropa Parlamentinin (AP) üzvləri oktyabrın 26-da Gürcüstanda keçirilən və nəticələri müxalifət tərəfindən qəbul edilməyən parlament seçkilərinin yenilənməsini tələb ediblər.

AP-nin verdiyi yazılı açıqlamaya görə, millət vəkilləri Gürcüstanda keçirilən son parlament seçkilərinin nəticələrini “qanunsuzluqlar” olduğu səbəbilə pisləyib və seçkilərin bir il ərzində beynəlxalq nəzarət altında yenidən keçirilməsini istəyiblər.

Sənədləşdirilmiş qanun pozuntuları arasında seçicilərin təhdid edilməsi, səslərin manipulyasiyası, seçki müşahidəçilərinə və KİV-ə müdaxilələr, elektron səsvermə aparatlarına müdaxilə kimi faktların olduğunu vurğulayan deputatlar seçkilərin nəticələrini “etibarsız” elan edib və beynəlxalq ictimaiyyəti bu nəticələri rədd etməyə çağırıblar.

Mənbə: Dəmirören Xəbər Agentliyi (DHA)

Aynur Camal

Oxşar xəbərlər

Kanadada itkin düşən alpinist 5 həftədən sonra sağ tapılıb

Aynur Camal

Donald Trampın rəqs etdiyi mahnı hansıdır?

Aynur Camal

Bunu görənlər heyran qalır: Əkiz panda balaları qonaqlarını qarşılayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu